İSESCO-nun baş direktoru prezidenti təbrik edib
21 oktyabr 2013 20:32 (UTC +04:00)

İSESCO-nun baş direktoru prezidenti təbrik edib

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycan prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. APA-nın məlumatına görə, İ. Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edən baş direktor ona xalqa daha yaxşı xidmət etmək, ölkəni tərəqqiyə və çiçəklənməyə aparmaq səylərində uğurlar arzulayıb.

 

“Seçkilərdə inamlı qələbəniz və yenidən Sizə göstərilən böyük etimad bir lider kimi sanballı uğurlarınızın parlaq təsdiqidir”, - deyə Əbdüləziz bin Osman əl-Tüveycri vurğulayıb. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616
avatar

Oxşar yazılar