İrandan Azərbaycan və Ermənistan arasında vasitəçilik TƏKLİFİ
05 aprel 2016 11:48 (UTC +04:00)

İrandan Azərbaycan və Ermənistan arasında vasitəçilik TƏKLİFİ

 

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ermənistanlı həmkarı Edvard Nalbandyanla telefon danışığı zamanı Qarabağdakı silahlı münaqişənin dayandırılmasının vacib olduğunu bildirib, regionda sülh və stabilliyin bərpasına çağırıb.

 

APA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, M. C. Zərif telefon danışığı zamanı İranın bu mənada rol oynamağa hazır olduğunu deyib. O, əgər tərəflər istəyərsə, İranın vasitəçilik etməyə hazır olduğunu bildirib.

 

Qeyd edək ki, bu gün İranın Ramsar şəhərində İran-Azərbaycan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə artıq İrana yola düşüb. Görüş zamanı E. Məmmədyarov həmkarlarını cəbhədə yaranmış vəziyyət və Ermənistanın təxribatları barədə məlumatlandıracaq.

# 197
avatar

Oxşar yazılar

Tovuz atəşə tutuldu

Tovuz atəşə tutuldu

13 aprel 2024 , 09:10
Ermənilər Daşkəsəni atəşə tutdu

Ermənilər Daşkəsəni atəşə tutdu

12 aprel 2024 , 18:54
Ermənilər Qarabağda niyə qalmadı?  - Paşinyan AÇIQLADI

Ermənilər Qarabağda niyə qalmadı? - Paşinyan AÇIQLADI

10 aprel 2024 , 13:18
Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

10 aprel 2024 , 08:09
İlham Əliyevdən Ramazan bayramı paylaşımı

İlham Əliyevdən Ramazan bayramı paylaşımı

9 aprel 2024 , 21:05
Ermənilər Naxçıvanı  atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

9 aprel 2024 , 18:37
Erməni tərəf Kəlbəcəri atəşə tutub

Erməni tərəf Kəlbəcəri atəşə tutub

9 aprel 2024 , 13:50
Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

Erməni silahlıları Laçındakı mövqelərimiz atəşə tutub

9 aprel 2024 , 09:08