<b>İqbal Ağazadənin namizədliyi qeydə alındı</b>
20 may 2016 18:38 (UTC +04:00)

İqbal Ağazadənin namizədliyi qeydə alındı

0

 

Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadənin 90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.

 

Bu barədə Lent.az-a  İqbal Ağazadənin səlahiyyətli nümayəndəsi Ənvər Ağazadə məlumat verib. 

 

Xatırladaq ki, bu dairədən YAP-ın namizədi Cavid Osmananovun da namizədliyi qeydə alınıb.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 12 aprel 2016-cı il tarixli sərəncamı ilə 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin olunub.

 

Onu da bildirək ki, İ.Ağazadə ötən il keçirilən parlament seçkilərində 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuşdu. Həmin dairədən ASDP sədri Araz Əlizadə deputat seçilmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar