Prezident İlham Əliyev Uruqvay Şərq Respublikasının prezidenti Xose Muxikanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. Lent.az-ın "AzərTAc-a istinadən məlumatına görə, təbrik məktubunda deyilir:
“Hörmətli cənab prezident, Uruqvay Şərq Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Uruqvay xalqına sülh və rifah diləyirəm”.