Son dövrlər Ermənistanın bir dövlət kimi formal movcudiyyəti bir daha erməni rəhbərlərinin öz ölkələrinə və öz millətinə olan münasibətlərini ortaya qoymuş oldu. Ölkənin tam talan edilməsi, qonşularına qarşı aqressiv siyasətin yeridilməsi ölkəni uçurum kənarına yuvarladı. Son məqamda ölkənin hər zaman borclu qardaşı rolunu oynayan Rusiyanın ermənilərə vurduğu “qurşaqdan aşağı” zərbə isə ölkədə hakimiyyətə qarşı narazılıqları pik həddinə çatdırdı, ölkəni seçim qarşısında qoydu:
- Ölkədə qalıb əzilməkdə davam etmək və hər şeydən məhrum olmaq.
- Ölkəni tərk edərək başqa bir yerdə daha yaxşı həyat axtarışına çıxmaq.
Son dövrlər ölkənin əhalisinin sürətlə azalmasınım başlıca səbəbi kimi məs bu amili göstərmək mümkündür. Sözsüz ki, bunun başlıca səbəbi kimi hakimiyyətin aqressiv həyata keçirdiyi daxili və xarici siyasətdir.
Ermənistanın öz havadarlarının köməkliyi ilə yeritdiyi aqressiv siyasətin nəticəsi kimi Azərbaycanın 20% ərazisi işğal altında qalmaqdadır. Baxmayaraq ki, erməni hakimiyyəti buna başqa don geyindirmək istəyir, lakin konkret faktlara gəlincə hər zamanki kimi gizlənmək və prosesdən boyun qaçırmaq bacarıqlarını uğurla həyata keçirirlər. Erməni əhalisinin özlərinin də etiraf etdikləri kimi, hakimiyyət daxildə Ermənistan ermənilərini Azərbaycan ermənilərinə daha dəqiq desək Qarabağ ermənilərinə qarşı yönəldir, onların uzun müddət azərbaycanlılarla yaşamalarını əsas gətirərək cəmiyyətdə bu qrup insanlara qarşı müəyyən mənada nifrət yaratmışdır. Ən ağır işlərdə və ən ağır şəraitdə məs bu insanların işləməsi deyilənlərin bariz sübutudur. Təsadüfi deyildir ki, Qarabağ erməniləri konfliktin bitməsinin tərəfdarı kimi çıxış etməkdədirlər.
Daxildən çökən cəmiyyətinsə talançı hakimiyyətə münasibəti dəyişilməz olaraq qalmaqdadır. Buna səbəbsə əhalinin vəziyyətinin günü gündən pisləşməsi və xalqların inkişaf edib özlərinə komfortlu həyat qurduğu bir dövrdə Ermənistan əhalisinin aclıq və səfalət içərisində yaşamasıdır. Ermənistanın bəzi dairələrində artıq erməni hakimiyyətinin Azərbaycana qarşı etdiyi böyük tarixi səhv qınanmaqdadır. Baxmayaraq ki, hakimiyyət istər Ağrı dağın işğalı istərsə də Azərbaycanın 3 ildən sonra tənəzzül edəcəyi ilə bağlı populist fikirlər səsləndirərək əhalinin fikirlərini əsas problemlərdən yönəltmək istəyir. Günün tarixi reallığını erməni cəmiyyəti artıq dərk etməyə başlamışdır sözsüz ki, hakimiyyətin də bu istiqamətdə düşünməsi onun öz xalqı qarşısında olan günahlarının bağışlanmasına təkan vermiş olar. Konfliktin həll olunması Ermənistanın dirşəlməsi üçün başlıca səbəblərdəndir. Əks halda hakimiyyət ölkəni tam olaraq talayaraq dövləti süquta uğradacaqdır.
Hümbətov Tural
Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar İ.B.
baş katib