Hesablama Palatasına sədr təyin edildi
22 noyabr 2013 12:30 (UTC +04:00)

Hesablama Palatasına sədr təyin edildi

Milli Məclisin bugünkü iclasında Hesablama Palatasına yeni sədr təyin edilib.

Lent. az-ın məlumatına görə, çıxış edən parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Hesablama Palatasına sədrliyi irəli sürülən Vüqar Gülməmmədovu deputatlara təqdim edərək bildirib ki, o peşəkar iqtisadiyyatçısıdır.

Z. Səmədzadə deputatları V. Gülməmmədovun Hesablama Palatasına sədr təyin edilməsinə səs verməyə çağırıb.

Təklif səsverməyə çıxarılıb və V. Gülməmmədov Hesablama Palatasının yeni sədri təyin edilib.

Hesablama Palatasının sabiq sədri Heydər Əsədov kənd təsərrüfatı naziri təyin edildiyi üçün onun yeri boş qalmışdı.

 

Qeyd edək ki, V. Gülməmmədov 1971-ci il aprelin 3-də Bakıda anadan olub, 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun istehsalın iqtisadiyyatı və idarəedilməsi fakültəsini bitirib. 1992-ci ildə Suraxanı Maşınqayırma Zavodunda tərcüməçi işləyib, 1993-1997-ci illərdə Suraxanı rayon Səhiyyə Şöbəsində baş mühasibin müavini, baş mühasib vəzifələrində çalışıb, 1997-2007-ci illərdə Maliyyə Nazirliyinin Suraxanı rayon Maliyyə İdarəsinin müfəttişi, rəis müavini, müdiri, Səbail rayon Maliyyə İdarəsinin rəis müavini, şöbə rəisi, Binəqədi rayon Maliyyə İdarəsinin rəis müavini, sektor rəisi, Yasamal rayon Maliyyə İdarəsinin rəis müavini, sektor rəisi olub.

Sonradan, 2007-ci ildən Hesablama Palatasının xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyən V. Gülməmmədov Palatanın yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan prezidentinin 2011-ci il 31 oktyabr tarixli sərəncamı ilə «Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə təltif edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2595
avatar

Anar Gəraylı

Oxşar yazılar