“Viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması Azərbaycanı Avropa Birliyinə yaxınlaşdıran daha bir addımdır”.
APA-nın xəbərinə görə, bunu Avropa Birliyi Şurasının prezidenti Herman van Rompey Vilnüsdə keçirilən “Şərq tərəfdaşlığı” sammitində çıxışında deyib. O, Azərbaycan prezidentini sazişin imzalanması münasibətilə təbrik edib: “Biz yaxın vaxtlarda readmissiya və mobil tərəfdaşlıq haqda sazişin imzalanmasını səbirsizliklə gözləyirik”.