Hacıbala Abutalıbov Milli Şuraya cavab verməyib
12 dekabr 2013 15:17 (UTC +04:00)

Hacıbala Abutalıbov Milli Şuraya cavab verməyib

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq keçirməklə bağlı müraciətinə cavab verməyib. BŞİH-dən Lent.az-a verilən məlumata görə, Milli Şuranın məktubuna cavab hələ hazır deyil.

 

Milli Şuranın üzvü Tural Abbaslı Lent.az-a açıqlamasında deyib ki, müraciətlərinə cavab almaq üçün BŞİH-ə getsə də, ona məktubun olmadığı bildirilib.

 

T.Abbaslı bildirib ki, qanuna əsasən mitinqin vaxtına 3 iş günü qalmışa qədər müraciətlərinə cavab verilməlidir: “Qanunla bu gün cavab verilməlidir. Ancaq hələ ki bizə heç nə deməyiblər”.

 

Qeyd edək ki, Milli Şura dekabrın 15-də mitinq keçirməklə bağlı BŞİH-ə müraciət edib.

 

MŞ üzvləri benzinin qiymətinin qalxmasına etiraz mitinqi təşkil etmək istəyir. BŞİH-dən istənilən əsas meydan Yasamal rayonunda yerləşən “Məhsul” stadionudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1034
avatar

Anar Gəraylı

Oxşar yazılar