Gülağa Aslanlı İsa Qəmbərin başqanlıqdan getməsi barədə danışdı
30 oktyabr 2013 19:01 (UTC +04:00)

Gülağa Aslanlı İsa Qəmbərin başqanlıqdan getməsi barədə danışdı

“...müəyyən problemlərin yaranmasına səbəb ola bilər”

 

“Hər bir liderin hansısa partiyadan ayrılması orada müəyyən problemlərin yaranmasına səbəb ola bilər. Ancaq İsa Qəmbərin başqanlıqdan getməsindən sonra Müsavat Partiyasında qruplaşmaların yaranacağı və ya kimlərinsə partiyadan gedəcəyi barədə fikirlər o qədər də əsaslı deyil”.

 

Bu sözləri Lent.az-a açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı deyib. Onun sözlərinə görə, İsa Qəmbərin Müsavat başqanlığından ayrılmasının ardınca bir və ya 5 nəfərin partiyadan ayrıla biləcəyi barədə fikirləri o da qəbul edir, ancaq bu ayrılmaların partiyada böyük parçalanmalara səbəb olacağı düşüncəsində deyil.

 

G.Aslanlı onu da bildirib ki, Müsavat Partiyasının qurultayında partiyanın Nizamnaməsinə dəyişiklik edilərək, İsa Qəmbərin yenidən başqan seçilməsi məsələsi müzakirəyə çıxarıla bilər: “Bu məsələ müxtəlif şəxslər tərəfindən qurultayda müzakirəyə çıxarıla, təklif kimi səsləndirilə bilər, ancaq mən hesab edirəm ki, nizamnamə dəyişikliyi barədə təklif gündəmə gətirilsə belə, bu, qurultay nümayəndələri tərəfindən ciddi dəstək görməyəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1023
avatar

Anar Gəraylı

Oxşar yazılar