Fransada ermənilərin döydükləri diaspor rəhbərimiz polisə ifadə verə bilmədi
27 fevral 2013 14:41 (UTC +04:00)

Fransada ermənilərin döydükləri diaspor rəhbərimiz polisə ifadə verə bilmədi

Mirvari Fətəliyeva və Vüsal Hüseynov tibbi ekspertizadan keçəcəklər

 

 

Parisdəki Azərbaycan Evinin sədri, Fransadakı Avropa Azərbaycanlıları Konqresinin üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının üzvü Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynovun Parisdə polis şöbəsində ifadə vermələri mümkün olmayıb.

 

Bunu Lent .az-a açıqlamasında Mirvari Fətəliyeva söyləyib.

 

O, deyib ki, polis şöbəsində onlara ifadə verməzdən öncə tibbi ekspertizadan keçmək tövsiyə edilib. Məhz tibbi ekspertizanın rəyindən, yəni xəsarətin ağır və yüngüllüyündən asılı olaraq Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılmalıdır: “Ona görə də tibbi ekspertizadan keçdikdən sonra polisə şikayət edəcəyik. Hər şey tibbi ekspertizanın nəticəsindən asılı olacaq. Yəni rəydə xəsarətin ağır və ya yüngül olduğu, iş qabiliyyətinə necə təsir göstərdiyi əksini tapacaq. Buna uyğun olaraq da cinayət işinin açılıb -açılmaması barədə qərar veriləcək”. 

 

 Qeyd edək ki, fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürosunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə  “Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər ” adlı tədbirdə Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov da iştirak edərək bu gün Xocalı soyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırıblar. Onların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb olsa da, Azərbaycan diasporunun nümayəndələri qətiyyət nümayiş etdirərək Sumqayıtda baş verən hadisələrlə bağlı səsləndirilən fikirlərin heç bir tarixi fakta əsaslanmadığını bildiriblər. Bundan sonra Fransa parlamentinin üzvü  Fransua Roşeblounun  təhriki ilə Azərbaycan diasporunun rəhbəri və azərbaycanlı tələbəyə hücum edərək onları vəhşicəsinə döyüblər. Tədbir iştirakçıları, o cümlədən Fransa Parlamentinin toplantıda iştirak edən deputatları bu vəhşiliyin qarşısını almaq üçün heç bir cəhd göstərməyiblər.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1795
avatar

Oxşar yazılar