Fərhad Abdullayev yenidən Konstitusiya Məhkəməsinin sədri seçildi
31 may 2013 12:20 (UTC +04:00)

Fərhad Abdullayev yenidən Konstitusiya Məhkəməsinin sədri seçildi

0

Bu gün Milli Məclisdə Fərhad Abdullayevin yenidən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri seçilməsi məsələsi müzakirəyə çıxarılıb.

 

Lent.az-ın verdiyi məlumata görə, məsələ barədə spiker Oqtay Əsədov məlumat verib. 

 

Məsələ səsverməyə qoyularaq qəbul edilib. 

 

Qeyd edək ki, Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin sədridir. Fərhad Abdullayev deyib ki, bu günlərdə Konstitusiya Məhkəməsi yaradılmasının 15-ci ildönümü qeyd edəcəyik. O, Konstitusiya Məhkəməsinin sədri kimi and içib.

 

Oqtay Əsədov isə Fərhad Abdullayevə uğurlar arzulayıb: “2015-ci il parlament seçkilərində də buradakı deputatların çoxunun sənədi sizə gələcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1355

Oxşar yazılar