Eynulla Fətullayevin təşkilatından Almaniyaya daha bir tənqid
06 fevral 2013 23:52 (UTC +04:00)

Eynulla Fətullayevin təşkilatından Almaniyaya daha bir tənqid

 “İnsan haqları uğrunda” İctimai Birlik Almaniyada jurnalistlərin hüquqlarının pozulması ilə bağlı bəyanat yayıb.

 

Birliyin sədri Eynulla Fətullayevin APA-ya verdiyi məlumata görə, fevralın 6-da Blokupay Frankfurt Hərəkatının (Almaniya) rəhbərliyi “İnsan haqları uğrunda” İctimai Birliyə müraciət edib: “Onlar Almaniyada insan haqlarının kütləvi şəkildə pozulması məsələsinə müdaxilə etməyi və buna münasibət bildirməyi xahiş ediblər. Müraciətdə deyilir ki, Almaniya polis əməkdaşları ötən il Frankfurt şəhərində keçirilmiş etiraz aksiyalarını işıqlandıran alman jurnalistlərinin mənzil və ofislərində kütləvi axtarışlar aparıblar”.

 

E. Fətullayev  deyib ki, fevralın 6-da səhər tezdən azı 10 polis məmuru fotojurnalistlərin mənzil və ofislərində axtarış aparıblar: “Axtarışlar eyni vaxtda Berlində, Brandenburqda, Şimali Reyn-Vestfaliya federal torpağında, Hessendə və Baden-Vürtemberqdə aparılıb. Polislər bir neçə kompüteri, texniki avadanlıqları, fototexnikanı, Fraybuqrda isə hətta jurnalistlərə məxsus mobil telefonu və dəftərxana ləvazimatlarını da müsadirə edərək, özləri ilə aparıblar. Polisin bu əməlləri qanunazidd olub. Axtarış orderində yazılanlara əsasən fotojurnalistlər hətta adicə xırda cinayət əməlində də şübhəli və ya ittiham olunan şəxslər olmayıblar. Frankfurtun prokuroru isə 31 mart 2012-ci ildə Frankfurtda keçirilmiş etiraz aksiyasının iştirakçılarına qarşı hər hansı cinayət əməlinin dəlil-sübutunu tapmağa ümid bəsləyir”.


E. Fətullayev bildirib ki, “İnsan haqları uğrunda” İctimai Birlik baş verənlərlə bağlı bəyanat yayıb: ”Bu axtarışlar mətbuat azadlığına və bütövlükdə fundamental demokratik hüquqlara olan hücumdur. Görünür, prokuror polisin bu addımına icazə verib. Polisin bu addımı isə qanunun pozulması və sosial etirazlar barədə məlumatlar yayan peşəkarların təqib edilməsidir. Blokupay Frankfurt hərəkatı fəalı Martin Sommerin sözlərinə görə, “Şübhəli şəxslərin bütün ölkə miqyasında axtarılması öz-özlüyündə böyük qalmaqaldır. Jurnalistlərin qorxudulması və onların fəaliyyətinə əngəl yaradılması demokratik cəmiyyətin sütunlarının sarsıdılmasıdır”.


Qeyd edək ki, Blokupay-alyans bu il mayın 31-i və iyunun 1-i Frankfurtda “Avropa hərəkatı günləri” elan edib. Fevralın 17-də isə Frankfurtda sosial etirazların təşkili ilə bağlı ümummilli müşavirə keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565
avatar

Oxşar yazılar