Erməni Silahlı Qüvvələri dünən gecə itki verib.
Lent.az-ın “news.am”-a istinadən məlumatına görə, dünən gecə Talış kəndi istiqamətində atışmada düşmənin 2 hərbiçisi ölüb.
Saytın məlumatında qeyd edilir ki, ölənlər 1997-ci il təvəllüdlü Qarik Movsisyan və 1968-ci il təvəllüdlü Vazgen Arutunyandır.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına əsasən erməni tərəfinin təmas xəttində atəşkəsi pozması ilə əlaqədar düşmənin səngərlərinə 128 dəfə atəş zərbəsi endirib.