Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına yola düşüb.
XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, E. Məmmədyarovun ABŞ-a səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcəyi və Amerika Yəhudi Komitəsinin Ümumdünya Forumunda çıxış edəcəyi nəzərdə tutulur.