Eldəniz Quliyev: ““El”in partiyaya çevrilməsi müzakirə olunub”
31 oktyabr 2013 13:30 (UTC +04:00)

Eldəniz Quliyev: ““El”in partiyaya çevrilməsi müzakirə olunub”

““El” Hərəkatının partiyaya çevrilməsi qurumun idarə heyətində bir neçə dəfə müzakirəyə çıxarılıb. Bu məsələ ilə bağlı müzakirələr bu gün də davam edir”.

 

Bunu Lent.az-a açıqlamasında “El” Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev deyib. O bildirib ki, hərəkat üzvlərinin əsas hissəsi “El”in elə hərəkat olaraq fəaliyyətini davam etdirməsini daha məqbul sayır: “Bizim aktiv üzvlərimizin bəziləri hansısa siyasi partiyanın da üzvüdür. Bu baxımdan, əgər biz də partiyaya çevrilsək, həmin üzvlərimizi də itirə bilərik. Şəxsən mən heç vaxt hansısa partiyaya üzv olmamışam və olmaq da istəmirəm. Buna görə də “El”in hərəkat kimi qalmasının tərəfdarıyam”.

 

E.Quliyevin sözlərinə görə, bu məsələ ilə bağlı “El” İdarə Heyəti üzvləri arasındakı müzakirələrdə də partiyaya çevrilmə variantı dəstək qazanmayıb: “Hərəkatın sədri Eldar Namazov da, mən bilən, elə bu fikirdədir. O da “El”in partiyaya çevrilməsinə isti yanaşmır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674
avatar

Anar Gəraylı

Oxşar yazılar