“El” Hərəkatının sədri Eldar Namazov Milli Şuranın icra aparatı sədrliyindən ayrılmaq istəyir.
Lent.az-ın məlumatına görə, bu barədə Milli Şuranın bugünkü sessiyasında qurumun keçmiş prezidentliyə namizədi Cəmil Həsənli açıqlama verib.
C.Həsənli deyib ki, E.Namazov Milli Şuranın icra aparatının rəhbəri vəzifəsindən azad edilməsini istəyir və o, bununla bağlı qurumun hazırkı sədri Rüstəm İbrahimbəyova müraciət edib.
C.Həsənli onu da bildirib ki, E.Namazovun bu istəyinə R.İbrahimbəyov da müsbət yanaşır: “Onun işləri çoxdur, “EL” Hərəkatı da var. Eldar bəy istəyir ki, bu məsələ də burada diqqətə çatdırılsın və istefa verdiyi açıqlansın.