Eldar Namazov: “Milli Şura hədəflərinə çatmayıb”
19 noyabr 2013 14:53 (UTC +04:00)

Eldar Namazov: “Milli Şura hədəflərinə çatmayıb”

“Milli Şuranın təsis sənədlərin və bəyannaməsində qurumun konkret hədəfləri göstərilib. Məhz bu bəyannaməyə görə demək olar ki, Milli Şura hədəflərinə çatmayıb. Ona görə də bu qurumun fəaliyyətini davam etdirməsini və ya buraxılmasını müzakirə etmək düzgün deyil”.

 

Bunu Lent.az-a açıqlamasında Milli Şuranın icra aparatının rəhbəri və “El” Hərəkatının sədri Eldar Namazov deyib.

 

Milli Şuranın növbəti sessiyasında həmsədrlik institutuna keçid təklifinin qəbul olunmayacağı təqdirdə, “El” Hərəkatının MŞ-də gələcək fəaliyyətinin necə müəyyənləşdirəcəyinə barədə suala da cavab verən E.Namazov bildirib ki, həmsədrlik institutuna keçid məsələsi MŞ-də bir çox qüvvələrdən dəstək alır: “Mən indidən bu məsələlərlə bağlı proqnoz verməyi doğru hesab etmirəm, ancaq həmsədrlik institutuna keçidlə bağlı təklif Milli Şurada bir çox qüvvələr tərəfindən dəstəklənir. Sessiyada da bunu müzakirə edib qərarlaşdıracağıq. Yekun nəticələrə görə də fəaliyyət formamızı müəyyənləşdirəcəyik”.

 

E.Namazovun fikrincə, Milli Şura bundan sonra əsas diqqəti cəmiyyətin siyasi aktivliyi olmayan kəsimini aktivləşdirməyə yönəltməlidir. Onun sözlərinə görə, bunun üçün də Milli Şura ilə paralel bir sıra yeni qurumlar da yaradılmalı və onların fəaliyyəti aktivləşdirilməlidir.

 

E.Namazov deyib ki, bununla belə bu barədə təkliflərini Milli Şuranın sessiyasına  təqdim etmək niyyətində deyil və hələ ki, bu ideyaları özü üçün konkretləşdirməklə məşğuldur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 711
avatar

Anar Gəraylı

Oxşar yazılar