Dövlət Departamenti: “Viza probleminin həlli üçün bir neçə həftə lazımdı”
01 avqust 2014 15:28 (UTC +04:00)

Dövlət Departamenti: “Viza probleminin həlli üçün bir neçə həftə lazımdı”

 

 

 

 

Viza sistemində yaranmış problemlərin aradan qaldırılması üçün ən azı bir neçə həftə vaxt lazım olacaq.


 

APA-nın məlumatına görə, bunu brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəisinin müavini Mari Harf deyib.

 

Mütəxəssislərin kompüter sistemindəki nasazlıqların aradan qaldırılması istiqamətində çalışdıqlarını bildirən M.Harf qeyd edib ki, ötən günlər ərzində vətəndaşlardan xeyli sayda müraciət yığılıb və bu üzdən tezliklə problemin aradan qaldırılması mümkün olmayacaq.

 

Diplomat sistemdəki nasazlıqdan zərər çəkən əcnəbilərin sayını açıqlaya bilməsə də, iyulun 22-dən 28-dək 180 min vizanın verildiyi, halbuki bu müddət ərzində müvafiq göstəricinin 370 min proqnozlaşdırıldığını vurğulayıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 735
avatar

Oxşar yazılar