“Azərbaycan bütün qurumlarla beynəlxalq əməkdaşlığı davam etdirir və bundan sonra da davam etdirəcək. Azərbaycan bir daha göstərdi ki, Azərbaycana heç bir qurum nəyisə təlqin edə bilməz”.
Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü sessiyasında çıxış edən deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, Vilnüs sammiti Azərbaycanın xarici siyasətində çox uğurlu bir addım idi: “Bu siyasət ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu xarici siyasətin davamıdır. Azərbaycan dövləti bu siyasətini bundan sonra da davam etdirəcək”.
S. Novruzov çıxışında eyni zamanda qiymət artımına da münasibət bildirib. O deyib ki, Azərbaycan dövləti vətəndaşlarını düşünür və qiymət artımı ilə bağlı atılan addımı da dərindən analiz edib: “Qiymət artımı ilə bağlı məsələni böyütmək lazım deyil. Cənab prezidentin mütəmadi olaraq əhalinin maaşlarının artırılması ilə bağlı verdiyi fərmanlar da dövlətin vətəndaşları düşündüyünü deməyə əsas verir.”
Qeyd edək ki, deputatlardan İqbal Ağazadə, Fazil Mustafa və Asim Mollazadə çıxışlarında benzinin qiymətinin artırılmasını tənqid ediblər.
Deputat Zahid Oruc isə çıxışında deyib ki, Tarif Şurası gecikmədən dərhal cəmiyyətə bu məsələ ilə bağlı açıqlama verməlidir: “Tarif Şurası dərhal cəmiyyətə bu qiymət artımının səbəbləri ilə bağlı açıqlama verməli və cəmiyyətə yarana biləcək narazılığın qarşısını almalıdır”.
BAXCP sədri, deputat Qüdrət Həsənquliyev isə çıxışında deyib ki, Aİ-95 benzininin qiymətinin artırılması doğrudur, lakin dizelin qiymətinin artırılması yanlış addımdır: “İmkanlı insanların bahalı benzin alması doğrudur. Ancaq dizelin qiymətinin artırılması kənd təsərrüfatında problemlər yaradacaq. Mən hökumətin bu addımını doğru hesab etmirəm”.

Deputatlar qiymət artımına etiraz etdilər
Oxşar yazılar

Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28
İblisin başı elə o özüdür...
29 iyun 2025 , 11:48
Yekaterinburq dəhşəti: Şovinizm, milli ayrı-seçkilik Rusiyanın dövlət siyasətinə çevrilir - TƏHLİL
28 iyun 2025 , 18:00
Rusiyada azərbaycanlıların öldürülməsinə RƏSMİ REAKSİYA
28 iyun 2025 , 10:46
Putin Ukraynadakı müharibəni yox, daha əhəmiyyətli bir şeyi uduzdu - İDDİA
27 iyun 2025 , 18:59