Cəmil Həsənli İbrahimbəyovun istefasından danışdı
29 noyabr 2013 11:04 (UTC +04:00)

Cəmil Həsənli İbrahimbəyovun istefasından danışdı

“Rüstəm İbrahimbəyovun Milli Şuranın sədrliyindən istefa verməsindən dünən axşam xəbər tutmuşam. Onun istefa verdiyi ilə bağlı məktubu dünən gəlib”.

 

Bu sözləri Lent.az-a açıqlamasında Milli Şuranın prezidentliyə keçmiş namizədi Cəmil Həsənli deyib.

 

O bildirib ki, Milli Şura qarşıdan gələn sessiyasında R. İbrahimbəyovun bu müraciətinə baxacaq və ona uyğun da qərar qəbul edəcək.

 

Cəmil Həsənlinin sözlərinə görə, R. İbrahimbəyov mətbuata verdiyi sonuncu müsahibəsində bildirmişdi ki, lazım gəlsə, Milli Şura sədrliyindən istefa verə bilər.

 

R. İbrahimbəyovun MŞ üzvlərinə müraciətində öz yerinə C.Həsənlinin sədr seçilməsi barədə təklifinə də münasibət bildirən keçmiş prezidentliyə namizəd deyib ki, Milli Şura üzvləri onun quruma yeni sədr seçilməsinə səs versə, o, sədr olacaq.

 

Qeyd edək ki, MŞ-in sədri Rüstəm İbrahimbəyov dünən yaydığı bəyanatda qurumun sədrliyindən istefa verdiyini bildirib. O, yerinə Cəmil Həsənlinin sədr seçilməsini təklif edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1027
avatar

Anar Gəraylı

Oxşar yazılar