Cəmil Həsənli həmsədrlik məsələsindən danışdı
08 noyabr 2013 17:41 (UTC +04:00)

Cəmil Həsənli həmsədrlik məsələsindən danışdı

“Fikir ayrılıqları bütün təşkilatlarda, qurumlarda ola bilər. Bu, normaldır. Milli Şuranın daxilində bundan öncələr də bir sıra məsələlərlə bağlı fikir ayrılıqları olub. Ancaq bu fikir ayrılıqlarının hamısı müzakirələrin gedişində öz yoluna qoyulub”.

 

Bu sözləri Lent.az-a açıqlamasında prezident seçkilərində Milli Şuranın vahid namizədi olmuş professor Cəmil Həsənli deyib. C.Həsənli Milli Şurada təmsil olunan AXCP və Müsavat Partiyası təmsilçiləri arasında qurumun strukturunun dəyişdirilməsi və həmsədrlik institutunun yaradılması məsələsi ətrafında yaranmış fikir ayrılıqlarını bu cür şərh edib.

 

Onun sözlərinə görə, Milli Şurada həmsədrlik məsələsi ilə bağlı yaranan polemika çox dərinləşməyəcək: “Milli Şurada kifayət qədər ağıllı, təcrübəli, siyasi proseslərdən baş çıxaran adamlar, siyasi liderlə təmsil olunur. Həmin adamlar da bütün bu məsələləri müzakirə edib, hər şeyi yoluna qoyacaqlar”.

 

C.Həsənli Milli Şuranın Məşvərətçi orqanının yaradılması barədə danışıb. O bildirib ki, qurum üzvləri bu məsələ ilə bağlı hansı qərara gəlsə, o da həmin qərarı dəstəkləyəcək: “Mən indi bu barədə fikir bildirib, Milli Şura üzvlərinin də düşüncələrinə təsir etmək istəmirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 838
avatar

Anar Gəraylı

Oxşar yazılar