Bu gün saat 16:00-da Milli Şuranın növbəti sessiyası keçiriləcək.
Lent.az-ın məlumatına görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahında keçiriləcək sessiyada qurumun sədri Rüstəm İbrahimbəyovun sədrlikdən istefa verməsi ilə bağlı müraciətə baxılacaq.
Bugünkü sessiyada Milli Şura özünə yeni sədr seçəcək. Fövqəladə hadisənin olmayacağı halda, qurumun yeni sədri MŞ-in prezidentliyə keçmiş namizədi Cəmil Həsənli olacaq.
Qurumun hazırkı sədri R.İbrahimbəyov da istefası barədə açıqlamasında onun yerinə C.Həsənlinin sədr seçilməsini təklif edib. C.Həsənlinin sədr seçilməsini qurumda təmsil olunan digər qüvvələr də dəstəkləyir.
Bugünkü sessiyada, həmçinin, MŞ-in bir sıra strukturlarının yaradılması da müzakirəyə çıxarılacaq.