Belarus XİN-i: "Bu cür çağırışlar “Şərq Tərəfdaşlığı”nı məhv edəcək"
05 iyun 2015 06:32 (UTC +04:00)

Belarus XİN-i: "Bu cür çağırışlar “Şərq Tərəfdaşlığı”nı məhv edəcək"

0

Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramının iştirakçı dövlətlərini ayırmaq kimi çağırışlar təşəbbüsün ləğvinə gətirib çıxaracaq. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Belarusun xarici işlər naziri Vladimir Makey bildirib.   

 

Qeyd edək ki,  “Şərq Tərəfdaşlığı”nın bu günlərdə Riqada keçirilmiş sammitindən sonra Kiyevin Aİ-dəki nümayəndəsi Konstantin Yeliseyev proqram üzvlərinin differensiasiyasının (ayırma, fərqləndirmə) zəruri olduğunu  qeyd edib. O, Aİ ilə assosiasiya sazişini imzalamış Ukrayna, Moldova və Gürcüstanı Azərbaycan, Belarus və Ermənistandan ayırmaq lazım olduğunu qeyd edib.   

 

Makey qeyd edib ki,  “Şərq Tərəfdaşlığı” lazımlı və faydalı təşəbbüsdür, lakin onun inkişaf strategiyası ciddi şəkildə nəzərdən keçirilməlidir.

 

“Biz ona əsaslanmalıyıq ki, ölkələrin bu təşəbbüsdə iştirakı qarşıdurmanın dərinləşdirilməsinə yox regionumuzun  sabitliyinə və təhlükəsizliyinə fayda gətirməlidir. Kimsə öz iştirakını və fəaliyyətini digər əsaslar üzərində qurmaq istəyirsə, onda bu təşəbbüsün mövcudluğuna son qoyulacaq”, deyə nazir bildirib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 193

Oxşar yazılar