“Azərbaycanda baş verən son hadisələrdən narahatam. İsmayıllı hadisələri ilə əlaqədar Tofiq Yaqublu və İlqar Məmmədovun həbsi də məni narahat edir”.
APA-nın Avropa bürosunun məlumatına görə, bunu Avropa Şurasının baş katibi Tyornborn Yaqland Bakı Apellyasiya Məhkəməsinin T. Yaqublu və İ. Məmmədov barəsində həbs qərarını qüvvədə saxlaması ilə bağlı deyib.
“Mən Azərbaycan hakimiyyətini Avropa İnsan Haqları Konvensiyasının təməl prinsipləri və hüquqi normalarına dair üzərinə götürdüyü öhdəliklərə hörmət etməyə çağırıram”, - deyə baş katib bildirib.