Azərbaycanda deputat maşınlarına xüsusi nömrə verilməsi təklif edilir
15 aprel 2016 14:52 (UTC +04:00)

Azərbaycanda deputat maşınlarına xüsusi nömrə verilməsi təklif edilir

 

Oqtay Əsədov: “İclasa tələsərkən avtomobiliniz saxlanılsa və cərimələnsəniz, o cəriməni mən verərəm”

 

Milli Məclisin iclasında millət vəkilləri Tahir Kərimli və Fəzail Ağamalı tədbirlərə gedərkən avtomobillərinin yol polisi tərəfindən müxtəlif vaxtlarda saxlanılmasından şikayətləniblər.

 

APA-nın məlumatına görə, F. Ağamalı deyib ki, Milli Məclisin iclasına tələsərkən də avtomobillərinin yol polisi tərəfindən saxlanılması halları olub. O bildirib ki, hətta yol polislərinə parlamentin iclasına tələsdiklərini deyərkən də bu, nəzərə alınmayıb: “Araşdırmışam, elə nömrələr var ki, saatda 200 km sürətlə gedərkən də həmin avtomobil saxlanılmır. Deputatlara da 2020-ci ilə qədər həmin nömrələrdən verilsin. Sonra kim yenidən seçilsə, nömrə qalsın, seçilməyən nömrəni təhvil versin”.

 

Sədr Oqtay Əsədov isə qeyd edib ki, xüsusi nömrə məsələsi yoxdur: “Milli Məclisin iclasına gecikməmək üçün tələsərkən avtomobiliniz saxlanılıb, cərimələnsəniz, o cəriməni mən verərəm. Ancaq hər kəs qanunun tələblərinə riayət etməlidir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 289
avatar

Oxşar yazılar