Azərbaycanda parlament seçkiləri nə vaxt keçiriləcək? - <span style="color:red;">RƏSMİ
20 avqust 2015 12:07 (UTC +04:00)

Azərbaycanda parlament seçkiləri nə vaxt keçiriləcək? - RƏSMİ

 

Bu il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Lent.az-ın məlumatına görə, Konstitusiyanın 84 -cü maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Bu il noyabrın ilk bazar günü noyabrın 1-nə təsadüf edir.

 

Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli Lent.az-a açıqlamasında deyib ki, seçkilərin vaxtı konstitusiya görə noyabrın birinci bazar günü olmalıdır: “Ancaq konstitusiyanın 109-cu maddəsinə əsasən, Milli Məclisə keçirilən seçkinin vaxtının təyin edilməsi ölkə prezidentinin səlahiyyətindədir.  Seçkilər rəsmi təyin olunduqdan sonra Mərkəzi Seçki Komissiyası iclas keçirəcək. Bundan sonra təqvim planı təsdiq olunacaq. Bunlarla bağlı bütün məlumatlar Kütləvi İnformasiya Vasitələrinə veriləcək”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 240
avatar

Səlcuq Elçin

Oxşar yazılar