Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişafı müzakirə olunub
28 mart 2018 16:22 (UTC +04:00)

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişafı müzakirə olunub

Martın 28-də Ankarada Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Hulusi Akar arasında görüş keçirilib.
 

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, regionda sabitliyin təmin edilməsində Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin rolu müzakirə olunub.


Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Oxşar yazılar