Azay Quliyev Beyin Mərkəzi şəbəkəsinin nümayəndələri ilə görüşüb
24 may 2013 18:40 (UTC +04:00)

Azay Quliyev Beyin Mərkəzi şəbəkəsinin nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bu gün Şərq Tərəfdaşlığı Ölkələrinin Gənclərinin Beyin Mərkəzi Şəbəkəsinin nümayəndələri ilə görüşüb.

 

Şuranın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Şura sədri ölkəmizdə vətəndaş cəmiyyətinin hazırkı durumu haqqında danışıb.

 

Azay Quliyev Şuranın fəaliyyət istiqamətləri, xarici ölkələrin QHT-ləri üçün elan edilən müsabiqə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və  onları prosesdə yaxından iştiraka dəvət edib. Ermənistan-Azərbaycan münaqişəsinin həllində QHT-lərin üzərinə düşən missiya və onların sülh prosesinin inkişafına təsir mexanizmi, Dağlıq Qarabağın Azərbaycan və erməni icmalarının görüşünün mümkünlüyü,  mətbuatın hazırkı durumu kimi məsələləri diqqətə çatdıran Azay Quliyev münaqişənin ölkəmiz üçün yaratdığı fəsadlardan bəhs edib. Şura sədri Şərq Tərəfdaşlığı Ölkələrinin Gənclərinin Beyin Mərkəzi Şəbəkəsinin nümayəndələrini maraqlandıran çoxsaylı sualları da cavablandırıb.

 

Qeyd edək ki, görüşdə Beynəlxalq Gənc Peşəkarlar Fondunun direktoru Rosen Dimov, Avropa Alternativlərinin həmsədri Nokolo Milanes, Amerika Birləşmiş Ştatlarının Alman Marşal Fondunun Ankara direktoru Özgür Ünlühisarcıklı, “Gənclərin Avropada qərar qəbuletmədə iştirakı üçün gənc beyin mərkəzi lobbiləri”nin təsisçisi Andrea Gerosa, Şərq Tərəfdaşlığı vətəndaş cəmiyyəti forumunun “insanlar arasında əlaqə” dördüncü işçi qrupunun əlaqələndiricisi Yaryna Borenko, Beynəlxalq işlər üçün Assosiasiyanın təmsilçisi Vladimira Votanova, İqtisadiyyat və Sosial Araşdırmalar üzrə Qafqaz İnstitutunun icraçı direktoru Temur Tordinava iştirak ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 731
avatar

Oxşar yazılar