Əli Kərimlidən narazı keçmiş cəbhəçilər yeni təşkilatda birləşir
18 avqust 2015 15:11 (UTC +04:00)

Əli Kərimlidən narazı keçmiş cəbhəçilər yeni təşkilatda birləşir

0

AXCP sədri Əli Kərimlinin sabiq müavini Razi Nurullayev yeni formatda təşkilat yaradır. Bu barədə o, Lent.az-a özü məlumat verib. Razi Nurullayev yaydığı məlumatda bildirib ki, partiyadan zorakı uzaqlaşdırılan və ya istefaya vadar edilən narazı  cəbhəçilər AXCP-də daxili demokratiyanın boğulması, partiyanın bir şəxsin iradəsinə tabe edilməsi, əks və alternativ fikrin rədd edilməsi, üzvlərin təzyiqə məruz qalması, partiya sıralarından ləkələnərək uzaqlaşdırılmasına etiraz əlaməti olaraq bir araya gəlir və yeni təşkilatda birləşirlər.

 

R.Nurullayev deyib ki, təşkilatın hansı formada fəaliyyət göstərəcəyini sabah elan edəcəklər: “Sabah bir yerdə olduğumuzu nümayiş etdirmək üçün toplanırıq. Qərarı isə hələ verməmişik, müzakirələrimiz gedir, qərarımız tam aydın deyil. Amma ki, bir çox məsələlərə saat  10 kimi tam aydınlıq gətirəcəyik. Bizdə çox təklfilər var, bir-bir onları müzakirə edib, nəticə çıxarmalıyıq".

 

Razi Nurullayev onu da qeyd edib ki, yeni qurulan təşkilatda bir çox tanınmış, kifayət qədər çəkisi olan şəxslər var: “Qurumda ilkin olaraq AXCP-dən çıxan keçmiş funksionerlər, üzvlər təmsil olunub. Amma bizim hədəflərimiz çox böyükdür. Siz bunu gorəcəksiniz. Sabah ətraflı olaraq bu barədə məlumat veriləcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar