Avropa Məhkəməsi gələn ay İlqar Məmmədovla bağlı yekun qərarını açıqlayacaq
27 noyabr 2013 18:49 (UTC +04:00)

Avropa Məhkəməsi gələn ay İlqar Məmmədovla bağlı yekun qərarını açıqlayacaq

Avropa İnsan Haqları Məhkəməsinin gələn ay həbsdə olan ReAl Hərəkatının sədri İlqar Məmmədovla bağlı yekun qərarını açıqlamağı gözlənilir.

 

Bu barədə Lent.az-a İ.Məmmədovun vəkili Fuad Ağayev məlumat verib. Vəkil bildirib ki, AİHM-in Azərbaycan hökuməti ilə kommunikasiyası başa çatıb və yaxın günlərdə işlə bağlı qərar çıxarılacağı gözlənilir.

 

F.Ağayevin sözlərinə görə, AİHM İ.Məmmədova fevral ayında həbs-qətimkan tədbirinin seçilməsi, həmçinin, onun təqsirsizlik prezumpsiyasının pozulması və s. məqamlarla bağlı qərar çıxaracaq.

 

Xatırladaq ki, fevral ayının 4-də İ.Məmmədov bu ilin yanvar ayında İsmayıllı rayonunda baş vermiş hadisələrin törədilməsinə təqsirli bilinərək, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu birlikdə həbs edilib. Hazırda onların və “İsmayıllı hadisələri”nə görə həbs edilən digər şəxslərin məhkəmə prosesləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602
avatar

Anar Gəraylı

Oxşar yazılar