Avropa İttifaqi Ukrayna ilə assosiativ saziş üzrə işi dayandırıb
15 dekabr 2013 18:38 (UTC +04:00)

Avropa İttifaqi Ukrayna ilə assosiativ saziş üzrə işi dayandırıb

Avropa Birliyinin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle şəxsi "twitter" səhifəsində belə yazıb. Onun sözlərinə görə,  ötən həftə o Ukraynanın baş nazirinin birinci müavini Sergey Arbuzova bildirib ki, Ukrayna ilə ticarət danışıqlarının davam etdirilməsi Ukraynanın bunu imzalama hazırlığını tam şəkildə nümayiş etdirdiyi halda mümkün olacaq. Füle Ukrayna hökumətindən buna heç bir cavab gəlməyini deyib və buna görə də Avropa İttifaqı tərəfindən saziş üzrə iş Ukrayna tərəfinin təklif edəcəyi vaxta kimi gözləmə rejiminə keçib.

 

"Ukrayna prezidenti və hökumətinin assosiasiya sazişi ilə bağlı sözü və fəaliyyəti günbəgün daha çox ziddiyyət təşkil edir. Onların arqumentləri ilə reallığın heç bir əlaqəsi yoxdur",- deyə Füle qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1229
avatar

Oxşar yazılar