Arif Hacılının qardaşından Eldar Namazova sərt ittiham
20 noyabr 2013 11:18 (UTC +04:00)

Arif Hacılının qardaşından Eldar Namazova sərt ittiham

“Eldar Namazovun birbaşa deməyə siyasi cəsarəti çatmasa da, Milli Şuranın fəaliyyəti barədə mövqelərini açıqlayan Müsavat funksionerlərini dolayısı ilə hakimiyyətə işləməkdə ittiham edib”.

 

Lent.az-ın məlumatına görə, bu sözləri Əhrar Partiyasının sədri, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının qardaşı Vaqif Hacıbəyli özünün “facebook” hesabında yazıb.

 

O bildirib ki, Müsavat Partiyası ilə bağlı eyni ittihamları Rəsul Quliyev də son müsahibəsində səsləndirib, o da Cəmil Həsənlini dəstəkləyənləri hakimiyyətə işləməkdə suçlayıb: “Görünən odur ki, Rəsul Quliyevin Milli Şuraya yönəlik sistemli böhtan və iftira kampaniyası Eldar Namazovu qətiyyən narahat etmir. Verdiyi müsahibədən də aydın olur ki, onun da hədəfi Rəsul Quliyev kimi Müsavatdır”.

 

V.Hacıbəyli bunun ardınca E.Namazovun Milli Şuranın icra orqanına rəhbərlik etməyə mənəvi haqqının olub-olmadığını sual edir: “Mənə elə gəlir ki, Milli Şuradakı sağlam qüvvələr bir çox digər aktual məsələlər kimi bu məsələyə də növbəti sessiyada aydınlıq gətirməyi bacaracaqlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708
avatar

Anar Gəraylı

Oxşar yazılar