Arif Hacılı: “Milli Şurada qalmağa ölüm-dirim məsələsi kimi baxmırıq”
23 dekabr 2013 12:43 (UTC +04:00)

Arif Hacılı: “Milli Şurada qalmağa ölüm-dirim məsələsi kimi baxmırıq”

“Milli Şurada qalmaq və ya bu qurumdan getməyə biz ölüm-dirim məsələsi kimi baxmırıq. İstər Milli Şurada, istərsə də buradan kənarda öz fəaliyyətimizi səmərəli şəkildə davam etdirmək imkanımız var”.

 

Bunu Lent.az-a açıqlamasında Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Arif Hacılı deyib. O, təmsil etdiyi partiyanın Milli Şurada qalmaq perspektivini dəyərləndirib.

 

A.Hacılının sözlərinə görə, arxada qalan günlərdə Milli Şurada təmsil olunan bir neçə qurumla ölkədəki siyasi proseslər qiymətləndirmək üçün görüşlər keçiriblər və bu görüşlərdə Müsavat Partiyasının öz fəaliyyəti ilə bağlı düşüncələrini, həmçinin, həmin təşkilatlarla müttəfiqlik məsələsini onların diqqətinə çatdırıblar.

 

Müsavat rəsmisi bildirib ki, görüşdükləri partiya və hərəkatların heç birindən onlara konkret rəsmi cavab gəlməyib. A.Hacılı deyib ki, Azərbaycan cəmiyyətində siyasi təşkilatlar arasındakı münasibətlər xaotik xarakter daşıyır. Müsavat Partiyası da bu vəziyyəti dəyişdirmək və sivil formaya salmaq məqsədilə bir sıra təşkilatlara müqavilələr təklif edib: “Görüşdüyümüz 4 təşkilatın heç biri bizə rəsmi cavab verməyib. Ancaq ən azı bu təşkilatların 2 və ya 3 ilə normal əməkdaşlıq qura biləcəyimiz fikrindəyik”.

 

Müsavat funksioneri bildirib ki, bu təşkilatlarla razılaşa bilməsələr, öz yollarına davam edəcəklər: “Ən böyük birlik xalqla birlikdir. Biz də yolumuza Milli Şurada və ya buradan kənarda davam edəcəyimizə müzakirələrin nəticəsində qərar verəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 461
avatar

Anar Gəraylı

Oxşar yazılar