İyunun 4-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.
Lent.az nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və ABŞ arasında iqtisadiyyat, ticarət, investisiyalar və enerji sahələrində mövcud əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.