ABŞ-ın Kaliforniya ştatının qanunverici orqanının üzvü Mayk Qatto qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması barədə üzvü olduğu qurumda məsələ qaldırıb.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Mayk Qatto Kaliforniyada erməni icmasına yaxınlığı ilə seçilir. O qondarma erməni soyqırımı iddiasını dəstəkləyən sənədə də imza atanlardan biridir.
M.Qatto bildirib ki, əgər təklifi Kaliforniya ştatının qanunverici orqanı tərəfindən qəbul olunarsa, bu məsələni ABŞ prezidentinə, Senata və Kaliforniya ştatının ABŞ konqresindəki təmsilçilərinin də diqqətinə çatdıracaq.