Səbael rayon Məhkəməsində REAL hərakatının 2 üzvü barəsində inzibati həbs qərarı çıxarılıb.
Lent.az-ın məlumatına görə, məhkəmə Toğrul İsmayılov və Elşən Qasımov barəsində 7 sutka həbs cəzası təyin edib.
***
REAL hərakatının 2 üzvü - Toğrul İsmayılov və Elşən Qasımov məhkəməyə aparılıb.
Lent.az-ın məlumatına görə, bu barədə onların ailələrinə 102 xidmətindən məlumat verilib. Bildirilib ki, hər iki şəxs Səbael rayonu 9-cu polis bölməsində saxlanılırdı. Hazırda onlar Səbael rayon Məhkəməsinə aparılır.
****
15 avqust
REAL hərəkatının daha iki üzvü saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə hərəkatın üzvləri sosial şəbəkədə məlumat paylaşıblar.
Qeyd edilir ki, hərəkatın üzvləri olan Toğrul İsmayılov və Elşən Qasımov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onların harada olması barədə məlumat verilmir.
Saxlanılanlardan T.İsmayılov REAL-ın Səbail-Nəsimi Məclisinin sədri, E.Qasımov isə Yasamal Məclisinin sədr müavinidir.
Xatırladaq ki, REAL hərəkatının icra katibi Natiq Cəfərov iki gün əvvəl həbs edilib.
Natiq Cəfərovun həbsi ilə bağlı yayılan rəsmi məlumatda qeyd edilir ki, onun Cinayət Məcəlləsinin 192.1 (Qanunsuz sahibkarlıq) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələrində nəzərdə tutulan əməlləri törətməsində əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.