<b>Prezident Qələbə günü mərasimində iştirak edib</b>
09 may 2018 09:44 (UTC +04:00)

Prezident Qələbə günü mərasimində iştirak edib

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak edib.

 

Müharibə veteranları ilə görüşən prezident Qələbə günü münasibətilə onları təbrik edib.

 

Dövlət başçısı iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub.

 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçib.

 

Dövlət başçısı veteranlarla xatirə şəkli çəkdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar