[b]İslam Konfransı Gənclər Forumu:[/b] Fəxrəddin Əliyev əməkdaşımız olmayıb
23 yanvar 2016 17:20 (UTC +04:00)

[b]İslam Konfransı Gənclər Forumu:[/b] Fəxrəddin Əliyev əməkdaşımız olmayıb

 

 

“İstanbulda vəfat etmiş Fəxrəddin Əliyevin İslam Konfransı Gənclər Forumunun əməkdaşı olması haqqında mətbuatda yayılmış məlumatlar həqiqətə uyğun deyil”.

Bu barədə İslam Konfransı Gənclər Forumunun Bakı ofisindən APA-ya verilən məlumatda deyilir.

 

Ofisin əməkdaşı Alpay Əhmədov bildirib ki, F. Əliyev İslam Konfransı Gənclər Forumunun (İKGF) Katibliyinin əməkdaşı olmayıb.

 

“O, İKGF-nin nəzdində fəaliyyət göstərən İƏT Gənc İş Adamları Şəbəkəsinin İqtisadi Şurasında 2013-14-cü ildə ekspert qismində iştirak edib. Lakin həmin Şuranın səlahiyyəti 2014-cü ildə, Fəxrəddin Əliyevin ekspert qismində akkreditasiyasının müddəti isə 2015-ci ilin martında bitib və bu barədə İKGF tərəfindən Türkiyə XİN-i həmin vaxt rəsmən məlumatlandırılıb. Mərhumun ailəsinə bu faciəvi ölümlə əlaqədar başsağlığı veririk”, - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 312

Oxşar yazılar