[b]Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşəcəklər [/b]
31 iyul 2018 14:33 (UTC +04:00)

[b]Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşəcəklər [/b]

BMT Baş Assambleyasının qarşıdan gələn sessiyası çərçivəsində Nyu Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq əldə olunub. 

 

Bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın nazirlər arasında görüşə dair konkret razılığın olmaması barədə açıqlamasını şərh edərkən deyib. O bildirib ki, həmin görüşdən əvvəl də görüş keçirilməsi məsələsi var: “Prinsipial razılıq əldə olunub ki, nazirlər BMT Baş Assambleyası çərçivəsində görüşsünlər. Ondan öncə də görüşün keçirilməsi barədə məsələyə baxılır. O ki qaldı Tiqran Balayanın dediyinə, onun yəqin bu məsələlərdən xəbəri yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 429
avatar

APA Baycan

Oxşar yazılar