Müsavat partiyasının yaratdığı "Respublika" təşəbbüs qrupu sentyabrın 26-də keçiriləcək referendumla bağlı imzatoplama kampaniyasını başa çatdırıb.
Lent.az-ın məlumatına görə, 41 min imza bu gün Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
Qeyd edək ki, Müsavat Partiyası Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsində (referendum) təşviqat qrupu qismində iştirak etmək üçün "Respublika" təşəbbüs qrupunu yaradıb.