<b>"Elə etməliyik ki, gənc nəsil də bizim kimi Vətənə bağlı olsun" - <span style="color:red;">Prezident </b>
19 mart 2018 14:00 (UTC +04:00)

"Elə etməliyik ki, gənc nəsil də bizim kimi Vətənə bağlı olsun" - Prezident

"Novruz bayramı bizim sevimli bayramımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd edir, öz qəlbində yaşadır".

 

Lent.az-ın Azərtaca istinadən məlumatına görə, bu fikirləri prezident İlham Əliyev Bakıda Novruz şənliyində iştirak edərkən söyləyib.

 

Prezident bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə ürəkdən təbrik edib: "Novruz bayramı bizim sevimli bayramımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd edir, öz qəlbində yaşadır. Milli-mənəvi dəyərlərimiz müasir Azərbaycan dövlətinin əsas dayağıdır. Azərbaycan dövləti müasir dövlətdir, ancaq, eyni zamanda, bizim dövlətimiz dərin milli-mənəvi dəyərlər, köklər üzərində qurulubdur. Elə etməliyik ki, gənc nəsil də milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alsın. Onlar da bizim kimi Vətənə bağlı olsunlar, milli maraqlarımızı hər şeydən üstün tutsunlar".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 156
avatar

Oxşar yazılar