"Radikalizmə meyilli qrupların iqtisadi əsasları iflasa uğrayıb" - <span style="color:red;">RƏSMİ
15 aprel 2015 12:33 (UTC +04:00)

"Radikalizmə meyilli qrupların iqtisadi əsasları iflasa uğrayıb" - RƏSMİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Cəlilabad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə  “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlayıb. Komitədən Lent.az-a verilən məlumata görə, tədbirdə Cəlilabad, Masallı və Biləsuvar rayonlarında fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, ilahiyyatçılar, həmçinin, Milli Məclisin deputatı iştirak ediblər.

Tədbiri Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov açaraq maarifləndirmə məqsədilə keçirilən belə tədbirlərin əhəmiyyətini yüksək dəyərləndirib.

Konfransda çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. “Hər kəsin dini etiqad azadlığı var. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir”. M. Qurbanlı qeyd edib ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. “Çünki İslam dini haqqında yanlış məlumatlar, insanların düşüncələrində mənfi fikir yaradır. Bu səbəbdən dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalı, bu sahədə görülən işlər davam etdirilməlidir”. Dövlət Komitəsinin hüquq mühafizə orqanları ilə birgə həyata keçirdiyi tədbirləri xüsusi vurğulayan Komitə sədri radikalizmin qarşısının alınmasında bu tədbirlərin böyük əhəmiyyəti olduğunu diqqətə çatdırıb.

M. Qurbanlı bildirib ki, ölkəmizdə dini radikalizmin sosial bazası yoxdur. Həyata keçirilən tədbirlər nəticəsində radikalizmə meyilli qrupların iqtisadi və ideoloji əsasları tamamilə iflasa uğrayıb. Radikalizmlə mübarizədə Dövlət Komitəsi cəmiyyətin bütün strukturları, o cümlədən Qeyri-Hökumət Təşkilatları və İctimai Birliklərlə birgə bir sıra layihələr həyata keçirir. Dövlət Komitəsinin sədri qeyd edib ki, biz milli-mənəvi, dini adət-ənənələrimizi, tolerantlıq mühitimizi qorumalı və  yaşatmalıyıq. Dövlət Komitəsinin bu cür maariflənidirici tədbirləri gələcəkdə də davam etdiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 108

Oxşar yazılar