“TANAP-ı vaxtından əvvəl bitirmək üçün işi sürətləndirdik” - Çavuşoğlu
05 mart 2016 12:23 (UTC +04:00)

“TANAP-ı vaxtından əvvəl bitirmək üçün işi sürətləndirdik” - Çavuşoğlu

 

 

“Bu gün ən real enerji layihəsiTANAP və onun davamı olan TAP layihəsidir”.

 

APA-nın “haberler.com” saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyənin xairic işlər naziri Mövlud Çavuşoğlu yunanıstanlı həmkarı Nikos Kotziasla keçirdiyi birgə brifinqdə deyib. “Azərbaycanla birlikdə TANAP-ı nəzərdə tutulan vaxtdan öncə bitirmək üçün işləri sürətləndirdik”, - deyə M. Çavuşoğlu söyləyib.

 

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri qaçqın böhranı və bölgədəki vəziyyətlə bağlı məsələlərin müzakirəsi ilə əlaqədar Yunanıstana rəsmi səfər edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 220

Oxşar yazılar