Sumqayıtda qonşu davası: Qadın bıçaqlandı
14 iyul 2025 15:27 (UTC +04:00)

Sumqayıtda qonşu davası: Qadın bıçaqlandı

Sumqayıtda baş verən insident nəticəsində 36 yaşlı qadın bıçaq xəsarətləri alıb.

Lent.az  xəbər verir ki, hadisə İnşaatçılar qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, 21 yaşlı Kamran Dadaşlı şəxsi mübahisə zəminində qonşusu, 46 yaşlı Mehriban Abdullayevaya bıçaqlayıb. Yaralı dərhal Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, qadına sol bazunun və sol sağrı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hazırda onun vəziyyəti stabildir və zəruri tibbi yardım göstərilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572

Oxşar yazılar