Sosial şəbəkələrdə Zaqatalada ağacların kütləvi kəsilməsini əks etdirən görüntülər yayılıb.
Lent.az-ın xəbərinə görə, görüntülərdən belə məlum olur ki, rayonun "PMK-20" adlanan ərazisində iri gövdəli ağaclar kütləvi şəkildə kəsilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan görüntülərlə bağlı araşdırmalara başlanıb:
"Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiyumət veriləcək".