Tula vilayətinin Bunırevo kəndində çimərlikdə ildırım vurması nəticəsində biri uşaq olmaqla 3 nəfər ölüb.
Lent.az-ın xarici medaya istinadla xəbərinə görə, daha altı nəfər yaralanıb.
Bildirilir ki, Bakı vaxtı ilə saat 14 radələrində çimərlikdə dincələnləri ildırım vurub. Hazırda yaralılar həkimlər tərəfindən müayinə olunur.
Öz növbəsində Baza xəbər verir ki, hadisə “Şaxtyor” park otelinin çimərliyində baş verib. Telekanalın məlumatına görə, ildırım yeddi nəfərdən ibarət qrupu vurub, onlardan dördü sağ qalıb.
Regional İstintaq Komitəsi hadisəni təsdiqləyib. Bununla belə, qurbanların sayı açıqlanmır. Faktla bağlı araşdırmalara başlanılıb, hazırda hadisə yerinə baxış keçirilir.