Arıqlamaq istəyirsiniz?   - Səhər yeməyini saat 11-dən sonra  yeyin
14 iyul 2025 17:36 (UTC +04:00)

Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin

Əgər ilk yeməyi günorta saatlarına yaxınlaşdırsaq, heç bir çətinlik çəkmədən bir neçə kilo arıqlamaq mümkündür – mütəxəssislər belə hesab edir.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, əgər artıq çəkidən qurtulmaq istəyirsinizsə, qida rejiminizi yenidən nəzərdən keçirmək faydalı ola bilər – xüsusən də ilk yeməyi daha gec saatlara keçirmək məqsədəuyğundur.

London Kral Kollecinin epigenetika üzrə professoru Tim Spektorun sözlərinə görə, müasir insanlar əvvəlki nəsillərlə müqayisədə daha gec – adətən saat 9 radələrində – şam yeməyi yeyirlər. Buna görə də günü çox erkən saatlarda səhər yeməyi ilə başlamaq metabolizmə və yağ yandırma proseslərinə mane ola bilər.

Spektor hesab edir ki, səhər yeməyi üçün optimal vaxt təxminən saat 11:00-dir. Bu isə 14 saatlıq yeməksiz periodu saxlamağa imkan verir — belə bir rejim yağların yandırılması prosesini işə salmaq və maddələr mübadiləsini normallaşdırmaq baxımından xüsusilə effektiv sayılır. Onun sözlərinə görə, bu cədvələ bir neçə ay əməl etsəniz, qida miqdarını azaltmadan 2–5 kilo arıqlamaq mümkündür.

Professor bu nəticələri Tanzaniyada yaşayan və ovçu-toplayıcı həyat tərzi sürən Hadza qəbiləsinin həyat tərzini müşahidə edərək əldə etdiyini bildirir.

Bu insanlar artıq çəki və ya 2-ci tip şəkərli diabetdən əziyyət çəkmirlər və ümumiyyətlə "səhər yeməyi" anlayışını tanımırlar – onların ilk qidası adətən günorta saatlarına yaxın olur.

Alimin fikrincə, 14 saatlıq yeməksiz interval bağırsaq mikrobiomuna da “istirahət” imkanı verir. Bu mikroorqanizmlər də bütün orqanizm kimi sutkalıq bioloji ritmlərə tabedir.

Bundan başqa, professor “səhər yeməyi günün ən vacib qidasıdır” fikrini də tənqid edir. O, “Qaşıqla yedirmə: Bizə yemək haqqında deyilənlərin demək olar ki, hamısı yalandır” adlı kitabında qeyd edir ki, erkən səhər yeməyi, xüsusilə tərkibində sürətli karbohidratlar olan qidalar, əksinə, çəkinin artmasına səbəb ola bilər.

Beləliklə, adi erkən səhər yeməyindən imtina etmək zərərli vərdiş yox, əksinə sağlamlığı və çəki nəzarətini yaxşılaşdırmaq üçün strateji qərar ola bilər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 368

Oxşar yazılar