Atasını  balta ilə yaralayıb   həyatına dəhşətli şəkildə  son qoydu
14 iyul 2025 16:09 (UTC +04:00)

Atasını balta ilə yaralayıb həyatına dəhşətli şəkildə son qoydu

İzmirin Ödəmiş rayonunda 70 yaşlı atası Yılmaz Yiğinlini balta ilə ağır yaralayan Suat Yiğenli daha sonra pestisid qəbul edərək həyatına son qoyub. Həmin gecə Umurbey məhəlləsində Balabanlı yolunda onunla atası Yılmaz Yiğinli arasında naməlum səbəbdən mübahisə düşüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mübahisə böyüyərkən Suat Yiğenli atasının başına balta ilə zərbə endirib və onu ağır yaralayıb. Daha sonra pestisid içib.

Bu gün saat 08 radələrində Ödəmiş rayon mərkəzində evdə olan və Umurbey məhəlləsindəki bağ evinə gedən Hediye Yiğenli ərini və oğlunu yerdə hərəkətsiz vəziyyətdə görüb qonşularını köməyə çağırıb.

Xəbər verildikdən sonra hadisə yerinə jandarma və tibb işçiləri göndərilib. Araşdırma nəticəsində Suat Yiğenlinin öldüyü müəyyən edilib. Ağır yaralanan Yılmaz Yiğenli müalicə üçün Ödəmiş Dövlət Xəstəxanasına aparılıb. Suat Yiğenlinin bir müddət əvvəl psixoloji problemlərlə bağlı Manisa Ruh Sağlamlığı və Xəstəlikləri Xəstəxanasında müalicə aldığı da öyrənilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560

Oxşar yazılar