Bakıda avtobus kişini vurub.
Lent.az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində, 23-cü Polis Bölməsinin yaxınlığında qeydə alınıb.
"BakuBus"a məxsus sərnişin avtobusu öz avtomobilindən düşən 45 yaşlı Mustafayev Natiq Rəfail oğlunu qapı ilə birgə vurub. Nəticədə zərərçəkən yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.