“El” rəsmisi: “İP rəhbərliyi Milli Şurada rəhbərlikdə olmalıdır”
04 noyabr 2013 15:53 (UTC +04:00)

“El” rəsmisi: “İP rəhbərliyi Milli Şurada rəhbərlikdə olmalıdır”

“Mən İctimai Palatanın Koordinasiya Şurası üzvlərinin hamısını Milli Şuranın rəhbərliyində görmək istəyərdim. Əgər İctimai Palata buraxılacaqsa, yaxşı olar ki, qurumun rəhbərliyi Milli Şuraya keçsin və orada da rəhbərlikdə təmsil olunsun”.

 

Bu sözləri Lent.az-a açıqlamasında Milli Şuranın üzvü və İctimai Palatanın Koordinasiya Şurasının üzvü, “El” Hərəkatının sədr müavini Köçəri Nağıbəyli deyib. O bildirib ki, İP-i heç vaxt Milli Şuraya alternativ qurum kimi görməyib. Bu səbəbdən də İP öz fəaliyyətini davam etdirə də bilər, özünü buraxa da bilər: “Əslində Milli Şura İctimai Palatanın daha böyük formasıdı. İctimai Palatada ziyalılar az təmsil olunurdu, Milli Şurada daha çoxdu. Əgər Milli Şura böyüyürsə, İctimai Palatanın Koordinasiya Şurasının üzvlərinin Milli Şuranın rəhbərliyində təmsil olunması çox yaxşı olardı”.

 

K.Nağıbəylinin sözlərinə görə, İP-in buraxılması ilə bağlı yekun qərarı qurumun sessiyasında qurum üzvləri verəcək. MŞ üzvü hesab edir ki, İP-in Milli Şuraya dəstəkdən başqa, heç bir ziyanı yoxdur: “Ziyalılar Forumunun demək olar ki, bütün üzvləri Milli Şura üzvüdü. Bu qurumun qalması Milli Şuraya ziyan verirmi? O cümlədən də, İctimai Palatanın qalması Milli Şuraya heç bir ziyan vermir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472
avatar

Anar Gəraylı

Oxşar yazılar